Azərbaycanda traktorların istehsalı aşağı düşüb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin 5 ayı ərzində ölkədə cəmi 290 ədəd traktor istehsal edilib.
Bu da əvvəlki ilin 5 ayı ilə müqayisədə 37 ədəd və ya 11,3% azdır.
Anbarlarda yığılıb qalmış traktorların sayı 2 ədəd (17%) azalaraq 10-a enib.