2024-cü ilin yanvar-may aylarında Azərbaycan xaricdən 72 milyon 676 min dollar dəyərində 328 min 543 ton buğda idxal edib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Buğda idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 62 milyon 228 min dollar və ya 46,1%, miqdar ifadəsilə 121 min 610 ton və ya 27% azalıb.
2023-cü ilin ilk 5 ayında isə Azərbaycandan 134 milyon 940 min dollar dəyərində 450 min 153 ton buğda idxal olunmuşdu.
1 kq buğdanın orta idxal qiyməti 2024-cü ilin beş ayında 0,38 manata başa gəlib ki, bu da illik müqayisədə 0,13 manat (26,2%) ucuzlaşma deməkdir.
Ötən ilin eyni dövründə buğdanın orta idxal qiyməti 0,51 manata başa gəlib.