2024-cü ilin yanvar-may aylarında Azərbaycan xaricdən 33 milyon 877 min dollar dəyərində 32 min 586 ton düyü idxal edib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Düyü idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 4 milyon 108 min dollar və ya 13,8% artıb, miqdar ifadəsilə 598 ton və ya 1,8% artıb.
2023-cü ilin ilk 5 ayında isə Azərbaycandan 29 milyon 769 min dollar dəyərində 33 min 184 ton düyü idxal olunmuşdu.
1 kq düyünün orta idxal qiyməti 2024-cü ilin beş ayında 1,71 manata başa gəlib ki, bu da illik müqayisədə 0,24 manat (15,9%) bahalaşma deməkdir.
Ötən ilin eyni dövründə düyünün orta idxal qiyməti 1,53 manata başa gəlib.