2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan 53 milyon 861 min dollar dəyərində 7 min 969 ton fındıq ixrac olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, fındıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 12 milyon 313 min dollar və ya 29,6%, miqdar ifadəsilə 1 181 ton və ya 17,4% artıb.
2024-cü ilin yanvar-aprel aylarında isə Azərbaycandan 41 milyon 547 min dollar dəyərində 6 min 788 ton fındıq ixrac olunmuşdu.
Bu dövrdə ümumi ixracın 0.61%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 5,04%-i fındığın payına düşüb.
Hesabat dövründə 1 kq fındığın orta ixrac qiyməti 11,49 manat olub ki, bu da illik 1,09 manat (10,4%) artıqdır.
Ötən ilin iki ayının nəticələrinə əsasən 1 kq fındığın orta ixrac dəyəri 10,41 manat olub.