2025-ci ilin yanvar-fevral ayında Azərbaycandan 3 milyon 371 min dollar dəyərində 3 min 847 ton nar ixrac olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, nar ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 859,2 min dollar və ya 34,2%, miqdar ifadəsilə 1 045 ton və ya 37,3% artıb.
2024-cü ilin yanvar-fevral aylarında isə Azərbaycandan 2 milyon 511 min dollar dəyərində 2 min 802 ton nar ixrac olunmuşdu.
Bu dövrdə ümumi ixracın 0.07%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 0,69%-i xurmanın payına düşüb.
Hesabat dövründə 1 kq narın orta ixrac qiyməti 1,49 manat olub ki, bu da illik 3 qəpik (2,2%) aşağıdır
Ötən ilin iki ayının nəticələrinə əsasən 1 kq narın orta ixrac dəyəri 1,52 manat olub.