2024-cü ildə xaricdən Azərbaycan xaricdən 129 milyon 556 min dollar dəyərində 58 min 689 ton ət alıb.
Bu barədə FED.az Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir.
İdxal 2023-cü illə müqayisədə dəyər ifadəsilə 42 milyon 817 min dollar və ya 49,4%,miqdar ifadəsilə 16 min 982 ton və ya 40,7% artıb.
2023-cü ildə Azərbaycana 86 milyon 739 min dollar dəyərində 41 min 707 ton ət idxal edilmişdi.
Hesabat dövründə 1 kq ətin orta idxal qiyməti 3,75 manat təşkil edib ki, bu da illik müqayisədə 22 qəpik (6,1%) çoxdur.
Ət idxalı ümumi idxalın 0,62%-ə bərabər olub.