2024-cü ilin yanvar-dekabr aylarında Azərbaycandan 163 milyon 960 min dollar dəyərində 83 min 66 ton pambıq ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Pambıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 49 milyon 563 min dollar və ya 23,2%, miqdar ifadəsilə 49 min 758 ton və ya 37,5% artıb.
2023-cü il ərzində isə Azərbaycandan 213 milyon 523 min dollar dəyərində 132 min 824 ton pambıq ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi pambığın 1 kiloqramının orta ixrac qiyməti 3,36 manat olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 2,77 manat idi (illik 62 qəpik və ya 22,8% bahalaşma).