İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi şəlalə təmiri və abadlıq üçün elan etdiyi tenderin qalibini açıqlayıb.
Eləcə də bax: İcra hakimiyyəti işıqlandırma mallarına - 1 MİLYON MANAT XƏRCLƏYƏCƏK
FED.az xəbər verir ki, tenderi “Akhundoff A” MMC qazanıb.
Qurum inzibati binasının qarşısında olan şəlalə sisteminin texniki təminatı və parkın abadlaşdırılması xidmətinin yerinə yetirilməsi üçün “Akhundoff A” MMC-yə 5 min 810 manat ödəyəcək.
Qeyd edək ki, şirkət eyni zamanda dövlət qurumunun balansında olan avtonəqliyyat vasitələrinin ehtiyyat hissələrinin alınması, quraşdırılması işlərinin xidmətinin yerinə yetirilməsi tenderini də qazanıb. Bu müqavilənin də məbləği 5 min 810 manat olub.