Koronavirus pandemiyası və onun qarşısının alınması üçün tətbiq edilən karantin tədbirləri Azərbaycanda kosmetika satışlarının kəskin azalması ilə nəticələnib.
Eləcə də bax: Azərbaycanda ötən ay 3,3 mln. tibbi maska - İstehsal Edilib
FED.az xəbər verir ki, hərəkətə qoyulan məhdudiyyətlər və maska geyinmək tələbi qadınların kosmetik vasitələrə tələbatını və onların idxalını azaldıb.
Bəzi kosmetik vasitələrdə azalma 2 dəfəyə çatır, bir sıra məhsullarda isə azalma daha azdır.
«İdeal»ın keçmiş sahibi: «Həbsxanada məcburi imza atdırıb, biznesimi əlimdən aldılar» - EKSKLÜZİV
Nəticədə 2020-ci ildə ölkəyə xaricdən ümumi məbləği 17,1 milyon dollar olan 1,46 milyon kiloqram ətir gətirilib. Bir kiloqram ətirin idxal qiyməti 11,7 dollar təşkil edib. 2019-cu ildə isə ölkəyə ümumi dəyəri 18,8 milyon dollar olan 1,64 milyon kiloqram ətir gətirilmişdi (1 kq ətirinidxal qiyməti 11,5 dollar). Başqa sözlə, çəki ifadəsində ətir idxalı 11% azalıb.
2019-cu ildə ölkəyə xaricdən ümumi dəyəri 1,9 milyon dollar olan 108 min kiloqram pomada və dodaq kosmetikası gətirilmişdisə (orta qiymət 17,5 dollar/kiloqram), 2020-ci ildə bu rəqəm 30% azalıb. Ötən il xaricdən dəyəri 1,5 milyon dollar olan 75,6 min kiloqram pomada və dodaq kosmetikası gətirilib. Başqa sözlə, bu məhsulun çəki ifadəsində idxalı 30% azalıb.
2019-cu ildə ölkəyə xaricdən ümumi dəyəri 1,5 milyon dollar olan 139 min kiloqram pudra gətirilmişdisə (orta qiymət – kiloramı 11 dollar), 2020-ci ildə bu rəqəm 2 dəfə azalıb. Belə ki, xaricdən ümumi dəyəri 790 min dollar olan 71,5 min kiloqram pudra (orta qiymət – kiloqramı 11 dollar) gətirilib. Başqa sözlə, bu məhsulun çəki vəməbləğ ifadəsində idxalı 2 dəfə azalıb.
2020-ci ildə Azərbaycana xaricdən saç lakı idxalı iki dəfə azalıb. Belə ki, 2019-cu ildə ölkəyə xaricdən ümumi dəyəri 829 min dollar olan 237 min kiloqram saç lakı gətirilmişdisə (orta qiymət – kiloramı 3,5 dollar), 2020-ci ildə xaricdən ümumi dəyəri 421 min dollar olan 110 min kiloqram saç lakı gətirilib (orta qiymət – kiloqramı 3,8 dollar) gətirilib. Başqa sözlə, bu məhsulun idxalı çəki və məbləğ ifadəsində 2 dəfə azalıb.
2019-cu ildə ölkəyə xaricdən ümumi dəyəri 1,6 milyon dollar olan 435 min kiloqram manikür-pedikür vasitələri gətirilmişdisə (orta qiymət – kiloramı 3,6 dollar), 2020-ci ildə bu rəqəm 33% azalıb. Belə ki, ötən il xaricdən ümumi dəyəri 1,17 milyon dollar olan 289 min kiloqram manikür-pedikür vasitəsi (orta qiymət – kiloqramı 4,04 dollar) gətirilib. Başqa sözlə, bu məhsulun idxalı çəki ifadəsində 33% azalıb.
2019-cu ildə ölkəyə xaricdən ümumi dəyəri 21,8 milyon dollar olan 1 834 min kiloqram makiyaj və dəriyə qulluq vasitələri gətirilmişdisə (orta qiymət – kiloramı 11,9 dollar), 2020-ci ildə xaricdən ümumi dəyəri 20,7 milyon dollar olan 1 820 min kiloqram makiyaj və dəriyə qulluq vasitələri gətirilib (orta qiymət – kiloqramı 11,4 dollar) gətirilib. Başqa sözlə, bu məhsulun idxalı çəki ifadəsində cəmi 0,8% azalsa da, məbləğ ifadəsində 5,2% azalıb.