“ABŞ-ın sərhəd qapılarının Avropaya giriş və çıxış üçün bağlanması ilə bağlı Trampın açıqlaması neft bazarında qiymətləri 34 dollardan da aşağı çəkdi. Son dərəcə qeyri-müəyyən və mürəkkəb, proqnoza gəlməyən bir dövrdür”.
FED.az xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Rövşən Ağayev deyib.
O bildirib ki, Səudiyyənin ardınca BƏƏ, İran və Küveyt də qiymət müharibəsinə qoşulub:
“Ticarət tərəfdaşlarına neftin qiymətində endirimlər təklif edirlər. Virusun yaratdığı qlobal iqtisadi böhran riski yüksək olmasa idi, neft bazarındakı bu müharibənin qısa müddətdə sabitləşəcəyilə bağlı nikbin danışmaq olardı. Amma dünya iqtisadiyyatı qapandıqca, əmtəə, turist və kapital axınları məhdudlaşdıqca, qlobal iqtisadiyyatın 2008-dən sonra daha təhükəli ressesiyaya girməsi daha real görünür. İndiki stiuasiyanı daha təhlükəli edən odur ki, 2008-dən sonra qlobal borcun miqyası 100 trln. dollar artmasıdır. Əlavə olaraq, aparıcı mərkəzi bankların pul emissiyası və uçot dərəcəsi kimi çox mühüm silahları son dərəcə təsirsiz hala gəlib”.