Ötən il Azərbaycanda pərakəndə ticarət şəbəkələrində əhaliyə 550 milyon 732,5 min manatlıq ət məhsulları (quş əti daxil) satılıb.
Mal əti üzrə özünütəminetmə kəskin azalıb – 83,7%
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin ət məhsullarının alışına çəkdiyi xərcin həcmi 2024-cü illə müqayisədə 84 milyon 524,8 min manat və ya 18,1% artıb.
Qeyd edək ki, 2024-cü ildə ölkədə əhaliyə 466 milyon 207,7 min manatlıq ət məhsulları satılmışdı.
Başqa sözlə, ötən il Azərbaycanda əhali ət məhsullarına hər ay orta hesabla 45 milyon 894,4 min manat pul xərcləyib. 2024-cü ildə bu rəqəm 38 milyon 850,6 min idi. İllik müqayisədə əhalinin ət almağa çəkdiyi xərc hər ay orta hesabla 7 milyon 43,8 min manat daha çox olub.
Xatırladaq ki, rəsmi məlumatlara əsasən 2024-cü ilin sonuna nəzərən ötən ilin sonunda ölkədə sümüklü mal ətinin kiloqramı 1,53 manat, sümüksüz mal ətinin kiloqramının orta qiyməti 2,11 manat, sümüklü qoyun əti 0,87 manat bahalaşıb.














