2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 2744.6 hektar sahədən 2092.4 ton tütün yarpağı yığılıb.
Azərbaycanda tütün istehsalı 3 dəfəyədək azalıb
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 21.5% və ya 572.4 ton azdır.
2022-ci ilin müvafiq dövründə sahələrdən 2664.8 ton tütün yarpağı yığılıb.
Qeyd edək ki, hesabat dövründə ən çox tütün yarpağı Şəki (1472 ton), Zaqatala (177.9 ton) , Qax (165.2 ton) və Balakən (101.2 ton) rayonlarından yığılıb. (Apa)