Türkiyə Sığorta Birliyinin (TSB) İdarə Heyətinin sədri Ahmet Yaşarın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) qonağı olub.
FED.AZ xəbər verir ki, qonaqları ATİB-in İdarə Heyətinin sədri Mürsəl Rüstəmov qəbul edib.
İlk öncə nümayəndə heyətinə ATİB-in fəaliyyəti barədə məlumat verən Mürsəl Rüstəmov Birliyin bu günədək türk iş adamları ilə əməkdaşlığı və onlarla yerli bizneslər arasında əlaqələrin inkişaf etdirilməsindəki rolundan bəhs edib.
Türkiyə Sığorta Birliyinin (TSB) İdarə Heyətinin sədri Ahmet Yaşar öz növbəsində Birliyin fəaliyyəti barədə danışıb. O, sığorta sektorunun iqtisadi artımın sürətləndirilməsi və investisiya mühitinin daha da gücləndirilməsində mühüm rol oynadığını vurğulayaraq, qarşılıqlı təcrübə mübadiləsinin və strateji əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edib.
Daha sonra tərəflər Türkiyə ilə Azərbaycan arasında mövcud iqtisadi əlaqələr, sığorta sektorunda müşahidə olunan inkişaf tendensiyaları, eləcə də iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi imkanları istiqamətində fikir mübadiləsi aparıb.






![ATİB sədri Türkiyə Sığorta Birliyinin nümayəndə heyətini qəbul edib - [red]FOTO[/red] | FED.az](upload/news/small/1597851.jpg)
![ATİB sədri Türkiyə Sığorta Birliyinin nümayəndə heyətini qəbul edib - [red]FOTO[/red] | FED.az](upload/news/small/2983942.jpg)
![ATİB sədri Türkiyə Sığorta Birliyinin nümayəndə heyətini qəbul edib - [red]FOTO[/red] | FED.az](upload/news/small/2177663.jpg)









