Mərakeşin paytaxtı Rabat şəhərində keçirilən tədbirdə tütün zərərlərinin azaldılması, elmə əsaslanan innovasiyalar və nikotinin ictimai səhiyyədə rolu mövzusunda keçirilən beynəlxalq “Technovation” adlı tədbiri başa çatıb.
FED.az xəbər verir ki, tədbirdə Philip Morris International (PMI) Kommunikasiya və İctimai Əlaqələr üzrə vitse-prezidenti Tommaso Di Giovanni geniş təqdimatla çıxış edərək tütün məhsullarının zərərinin azaldılması ilə bağlı yanaşmanın son onilliklər ərzində beynəlxalq təşkilatların sənədlərində və hesabatlarında öz əksini tapdığını bildirib.
Onun sözlərinə görə, 1997-ci ildə BMT-nin tütün və sağlamlıq məsələləri üzrə əlaqələndirici qurumu bəyan edib ki, tütün məhsullarının toksikliyinin azaldılması istiqamətində bütün mümkün səylər göstərilməlidir: "Həmin dövrdə əsas diqqət tütün istifadəsinin yaratdığı sağlamlıq risklərinin minimuma endirilməsinə yönəldilmişdi. 2001-ci ildə ABŞ Tibb İnstitutunun (Institute of Medicine) hazırladığı “Clearing the Smoke: Assessing the Science Base for Tobacco Harm Reduction” adlı hesabat dərc olunub. Hesabatda tütün zərərinin azaldılması konsepsiyasının elmi əsasları araşdırılıb və bu istiqamətdə mövcud yanaşmalar təhlil edilib".
Daha sonra “İddialı baxışdan konkret nəticələrə” adlı panel sessiyasında Mərakeşdə, Şimali Afrikada və bütövlükdə qitədə tüstüsüz gələcəyə keçid prosesinin sürətlənməsi, innovativ və elmi əsaslı alternativlərin tütünün zərərlərinin azaldılmasındakı rolu məsələsi müzakirə olunub.
Paneldə Tommaso Di Giovanni və PMI-nin Məğrib regionu üzrə Baş direktoru Taylan Süer iştirak edərək elmə əsaslanan innovasiyaların, xüsusilə Afrika ölkələrində ictimai səhiyyə sahəsində irəliləyişə və daha effektiv tənzimləmə siyasətlərinin formalaşmasına necə töhfə verə biləcəyi barədə fikir mübadiləsi aparıblar, maraqlı fikirlərini bölüşərək, iştirakçıların suallarını cavablandırıblar.
Proqramın növbəti hissəsində “Nikotinin anlaşılması” mövzusunda müzakirə edilib. Sessiyada nikotinlə bağlı mövcud stereotiplər, elmi sübutlara əsaslanan yanaşmalar və daha düzgün məlumatlandırmanın ictimai səhiyyə sahəsində mümkün təsirləri diqqət mərkəzində olub. Müzakirənin əsas məruzəçisi Pierre və Marie Curie Universitetinin onkologiya professoru David Khayat, Sessiyanı isə PMI-nin Cənub-Şərqi Asiya, Afrika və Yaxın Şərq regionu üzrə Elmi İşlər direktoru Tomoko Iida idarə edib.
Professor D.Khayat panel müzakirədə aktiv çıxış edərək tütünlə bağlı ictimai səhiyyə siyasətlərində elmi yanaşmanın vacibliyini vurğulayıb. O bildirib ki, siqaretlə əlaqəli xəstəliklərin əsas səbəbi nikotinin özü deyil, tütünün yanması nəticəsində yaranan zərərli maddələrdir. Professor qeyd edib ki, siqareti tam tərgitmək ən doğru seçim olsa da, bunu bacarmayan yetkin siqaret çəkənlər üçün daha az zərərli alternativlərin mövcudluğu da nəzərə alınmalıdır. Onun fikrincə, ictimai səhiyyə sahəsində qərarlar stereotiplərə deyil, elmi sübutlara əsaslanmalıdır.
Tomoko Iida isə öz təqdimatında daha çox son illərdə elm və texnologiyanın inkişafı nəticəsində tüstüsüz alternativ məhsulların yaradılmasına və bu məhsulların hazırlanmasına milyardlarla dollar həcmində investisiya yatırımına diqqət çəkib.
Onun sözlərinə görə, dünyada təxminən 1 milyard nəfər siqaret çəkir və onların əhəmiyyətli hissəsi siqareti tərgitmək istəsə də, buna nail ola bilmir: “Son illərdə elm və texnologiyanın inkişafı nəticəsində tüstüsüz alternativ məhsullar yaradılıb və bu məhsulların hazırlanmasına milyardlarla dollar həcmində investisiya yatırılıb. PMI son illərdə fəaliyyətini tüstüsüz gələcəyə yönəldib və hazırda şirkətin tüstüsüz məhsulları dünyanın 90-dan çox bazarında satışdadır. Şirkətin məqsədi siqareti tam tərgitməyən yetkin istifadəçiləri elmi cəhətdən əsaslandırılmış alternativlərə keçməyə təşviq etməkdir”.
Regional direktor təqdimat zamanı bildirib ki, müxtəlif ölkələrin təcrübəsi göstərir ki, risklərin azaldılması yanaşması tətbiq edilən bazarlarda siqaret istehlakını daha sürətlə azaldır. Onun sözlərinə görə, innovasiya, elmi araşdırmalar və düzgün tənzimləmə siyasəti ictimai səhiyyə sahəsində mühüm nəticələr əldə etməyə imkan verir. “Biz inanırıq ki, elm və innovasiya siqaret tüstüsünün yaratdığı zərərin azaldılmasında mühüm rol oynaya bilər. Yetkin siqaret çəkənlərə düzgün məlumat vermək və onların daha yaxşı alternativlərə çıxışını təmin etmək vacibdir”, – deyə Tomoko Iiada qeyd edib





![[red]PMI[/red] -nın Rabatda keçirdiyi beynəlxlaq “Technovation” tədbiri başa çatıb – [red]FOTOLAR [/red] | FED.az](upload/news/small/2081502.jpeg)
![[red]PMI[/red] -nın Rabatda keçirdiyi beynəlxlaq “Technovation” tədbiri başa çatıb – [red]FOTOLAR [/red] | FED.az](upload/news/small/1680019.jpeg)
![[red]PMI[/red] -nın Rabatda keçirdiyi beynəlxlaq “Technovation” tədbiri başa çatıb – [red]FOTOLAR [/red] | FED.az](upload/news/small/4498491.jpeg)
![[red]PMI[/red] -nın Rabatda keçirdiyi beynəlxlaq “Technovation” tədbiri başa çatıb – [red]FOTOLAR [/red] | FED.az](upload/news/small/3703418.jpeg)
![[red]PMI[/red] -nın Rabatda keçirdiyi beynəlxlaq “Technovation” tədbiri başa çatıb – [red]FOTOLAR [/red] | FED.az](upload/news/small/1133113.jpeg)









