2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 164,9 milyon manatlıq toxuculuq malları istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə toxuculuq malları istehsalı 6,2 milyon manat və ya 3,6% azalıb.
2022-ci ilin yanvar-may aylarında bu göstərici 171,1 milyon manat təşkil edib.