2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 0,7 milyon ədəd tibbi maska istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə tibbi maska istehsalı 15,8 milyon ədəd və ya 23,5 dəfə (95,8%) azalıb.
2022-ci ilin yanvar may-aylarında bu göstərici 16,5 milyon ədəd təşkil edib.
01.06.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 5,6 milyon ədəd olub.