2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 183,3 milyon manatlıq toxuculuq sənayesi malları istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə toxuculuq sənayesi malları istehsalı 4 milyon manat və ya 2,1% azalıb.
2022-ci ilin yanvar-iyun aylarında bu göstərici 187,3 milyon manat təşkil edib.