2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 31.3 min ton sürtkü yağları istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə sürtkü yağları istehsalı 11,8 min ton və ya 60,5% artıb.
2022-ci ilin yanvar-iyun aylarında bu göstərici 19,5 min ton təşkil edib.
2023-cü ilin 1 iyul tarixinə hazır məhsul ehtiyatı 6,6 min ton təşkil edib. Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqyaisədə 2,9 min ton yaxud 78,4% çoxdur.
2022-ci ilin 1 iyul tarixinə hazır məhsul ehtiyatı 3,7 min ton olub.