2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 1154,3 min ton dizel yanacağı istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə dizel yanacağı istehsalı 292 min ton və ya 33,9% artıb.
2022-ci ilin yanvar-iyun aylarında bu göstərici 862,3 min ton təşkil edib.
2023-cü ilin 1 iyul tarixinə hazır məhsul ehtiyatı 94,3 min ton təşkil edib. Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqyaisədə 85,9 min ton yaxud 11,2 dəfə çoxdur.
2022-ci ilin 1 iyul tarixinə hazır məhsul ehtiyatı 8,4 min ton olub.