2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 233,1 min ton polad boru istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesabalamalara istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə polad boru istehsalı 2,6 dəfə və ya 144,6 min ton artıb.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 88,5 min ton təşkil edib.
01.10.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 1,5 min ton təşkil edib.
Hazır məhsul ehtiyatı illik müqayisədə 1,2 min ton və ya 44,4% azalıb.
01.10.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 2,7 min ton təşkil edib.