2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 240,1 min ton armatur istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesabalamalara istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə armatur istehsalı 29,8% və ya 102,1 min ton artıb.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 342,2 min ton təşkil edib.
01.10.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 9,2 min ton təşkil edib.
Hazır məhsul ehtiyatı illik müqayisədə 47,6 min ton və ya 6,1 dəfə azalıb.
01.10.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 56,8 min ton təşkil edib.