Bu ilin yanvar-fevral aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əhali tərəfindən 997,5 mln. manat dəyərində toxuculuq məhsulları, geyim və ayaqqabılar alınıb.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 7,1% azalıb. Təkcə fevralda istehlakçılara pərakəndə ticarət şəbəkəsində 502,3 mln. manatlıq geyim məhsulları satılıb ki, bu da yanvar ayı ilə müqayisədə 1,4% çoxdur.
Qeyd edək ki, 2021-ci ilin ilk iki ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 16,6%-i toxuculuq məhsullarının, geyim və ayaqqabıların alınmasına sərf olunub.(apa)