2023-cü ilin yanvar-oktyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9087,1 milyon manat olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
2022-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici real ifadədə 15,3 faiz artıb.
Bunun da 2 007,7 milyon manatı dövlət, 7 097,4 milyon manatı qeyri-dövlət, 2 191,5 milyon manatı fiziki şəxslər tərəfindən göstərilib. Həmin göstəricilər müvafiq olaraq real ifadədə 13,3%, 15,8% və 17,1% artıb.
Hüquqi şəxslər tərəfindən əhaliyə 6895,6 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,9 faizini təşkil edib.
Cari ilin yanvar-oktyabr aylarında hər bir ölkə sakini orta hesabla 895,2 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 177,1 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.