2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 14 697,3 ton marqarin yağı istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə marqarin yağının istehsalı 30,9% və ya 6583,2 ton azalıb.
2022-ci ilin yanvar aprel-aylarında bu göstərici 21 280,5 ton təşkil edib.
01.05.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 4003,1 ton təşkil edib.