2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 11 860,4 ton duru bitki yağları istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə duru bitki yağlarının istehsalı 31,7% və ya 5 510,8 ton azalıb.
2022-ci ilin yanvar aprel-aylarında bu göstərici 17 371,2 ton təşkil edib.
01.05.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 5 548,7 ton təşkil edib.