2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 8641,1 ton kolbasa məmulatları istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə kolbasa məmulatlarının istehsalı 8,1% və ya 646 ton artıb.
2022-ci ilin yanvar aprel-aylarında bu göstərici 7995,1 ton təşkil edib.
01.05.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 32,2 ton təşkil edib.