2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 550,1 milyon manat həcmində içki istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə içki məhsullarının istehsalı 119,2 milyon manat və ya 27,7% artıb.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 430,9 milyon manat təşkil edib.