2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 3 533,1 milyon manat həcmində qida məhsulları istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə qida məhsullarının istehsalı 267 milyon manat və ya 7% azalıb.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 3 800,1 milyon manat təşkil edib.