2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 570,8 min ton avtomobil benzini istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə avtomobil benzininin istehsalı 184 min ton və ya 47,6 % artıb.
2022-ci ilin yanvar-may aylarında bu göstərici 386,8 min ton təşkil edib.
2023-cü ilin 1 may tarixinə hazır məhsul ehtiyatı 7,9 min ton təşkil edib. Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqyaisədə 4,2 min ton yaxud 113,5% (2,1 dəfə) çoxdur.
2022-ci ilin 1 may tarixinə hazır məhsul ehtiyatı 3,7 min ton olub.