2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 157,5 min cüt ayaqqabı istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə ayaqqabı istehsalı 429,2 min cüt və ya 73,2% (3,7 dəfə) azalıb.
2022-ci ilin yanvar-may aylarında bu göstərici 586,7 min cüt təşkil edib.
2023-cü ilin 1 may tarixinə hazır məhsul ehtiyatı 5,6 min cüt təşkil edib. Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqyaisədə 72 min cüt yaxud 92,8% (13,9 dəfə) azdır.
2022-ci ilin 1 may tarixinə hazır məhsul ehtiyatı 77,6 min cüt olub.