2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 283,3 min ton ağ neft istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə ağ neft istehsalı 35,5 min ton və ya 14,3% artıb.
2022-ci ilin yanvar-iyun aylarında bu göstərici 247,8 min ton təşkil edib.
2023-cü ilin 1 iyul tarixinə hazır məhsul ehtiyatı 39,3 min ton təşkil edib. Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqyaisədə 28,6 min ton yaxud 3,7 dəfə çoxdur.
2022-ci ilin 1 iyul tarixinə hazır məhsul ehtiyatı 10,7 min ton olub.