Evdən kənara çıxmadan, elə mətbəxdə yemək bişirərək ayda 5 min maat qazanma imkanı – təkcə evdar qadınların deyil, əksəriyyətin arzusudur. Azərbaycanda yeni işə düşən startapla bu arzunun realaşması üçün yeni imkan yaranıb.
Babək İsmayılın qurduğu Onedome startapı 10 milyon dollar investisiya alıb
Azərbaycanda startapların sayı artdıqca, layihə müəllifləri əhalinin və investorların daha çox maraq göstərdiyi sahələrə üz tutmağa başlayıblar.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, axır vaxtlar belə sahələrdən biri də qida ilə bağlıdır. Əhalisinin yarısı qadın olan, eyni zamanda yemək-içməyə böyük marağın olduğu Azərbğaycanda qidalanma və yemək bişirmə prosesi olduqnca populyardır. İndi isə bu sahədə daha bir maraqlı yenilik var – təzə fəaliyytə başlayan startap yemək bişirərək həm də qazanmağa imkan verir.
Nərmin Veysəlovanın yaratdığı “Bişir” startapı sadəcə yemək bişirməyin, süfrə açmağın, qida ilə bağlı paylaşımların yer aldığı bir platformadır. Startapın ümumi ideyası - istifadəçilər qeydiyyatdan keçir, qida ilə bağlı öz əl işlərini sərgiləyir və pul qazanırlar. Qazanacaqları pulun da məbləği gündəlik olaraq 17 manatdan 170 manata kimi dəyişir. Yemək və qazanc mövzuları artıq təsirini göstərir – “Bişir” tətbiqindən istifadə edənlərin sayı 40 mini ötüb. Startapın müəllifi ümid edir ki, tezliklə başqa ölkələrdə də işə düşəcək layihə sonda Azərbaycanın ilk «unikorn»u – yəni milyardlıq startapı ola bilər.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, “Bişir” startapının təsisçisi və CEO-su Nərmin Veysəlova ali təhsilini xarici dillər üzrə alıb, indiyədək dövlət və özəl qurumlarında çalışıb, sosial layihələrdə aktiv iştirak edir, indi isə özünü biznesdə sınamağa başlayıb.
- Startapı yaratmaq üçün ideya haradan yarandı? Bu startapın fəaliyyəti nədən ibarətdir?
- Sosial layihələr çərçivəsində qadınlarla ünsiyyət, onların ehtiyaclarını, potensiallarını və qarşılaşdıqları çətinlikləri yaxından müşahidə etmək imkanım oldu. Xüsusilə evdar xanımların, evdə bişirdikləri yeməkləri paylaşmaq, reseptlərini nümayiş etdirmək və bu bacarıqları real qazanca çevirmək ehtiyacını hiss etdim. “Bişir” tətbiqinin ideyası da buradan yarandı. Amma “Bişir” yalnız qadınlar üçün deyil. Platformamız yemək, mətbəx və qida ilə maraqlanan hamı üçün açıqdır - evdarlar, peşəkar aşpazlar və sadəcə yemək bişirməyi sevən istifadəçilər və sair.
- Startapın yaranması hansı mərhələdən keçib, tək yaratmısınız, yoxsa kiminləsə birlikdə? İndi startap hansı mərhələdədir?
- «Bishir» ideyası və ümumi strateji baxışı mənim tərəfimdən formalaşdırılıb. İlkin mərhələdə ideya üzərində araşdırma aparılıb və konsept yaradılıb, daha sonra ortaqlar və peşəkar komanda cəlb edilib.
Hazırda Bishir aktiv məhsul və böyümə mərhələsindədir. Platforma real istifadəçilər tərəfindən istifadə olunur və eyni zamanda yeni bazarlara açılma və funksional genişlənmə üzərində işlər davam etdirilir.
- Onsuz da indi insanlar yemək bişirən zaman “YouTube”dakı videolardan faydalanır. Bu startapın yeməklə bağlı olan “YouTube” kanallarından fərqi nədir?
- “YouTube” kanalları bizim tətbiqlə müqayisədə çox qarışıqdır. Bizim tətbiqimiz yalnız qida üzrədir və burada filtrlər var ki, onlar “YouTube”da yoxdur. Bizim tətbiqdə yeməyin ölçüsünə, kateqoriyasına görə, zamanına görə, hətta ərzağa görə filtirləmək olur. “YouTube”də videoları bəyənib, şərh yazmaq olur, bizdə isə bəyənmə və şərhlə yanaşı hədiyyə düyməsi də var. Bu düymədən istifadə edən zaman qarşı tərəfə təşəkkür olaraq virtual hədiyyə göndərmək olur (məsələn, indi Tik-Tok-da olduğu kmi – FED.az). Bu virtual hədiyyə də həmin adamın balansına pul kimi toplanır. Limitə çatan zaman həmin vəsaiti M10 vasitəsilə balansdan çıxarmaq olur. Yəni sadə desək, insanlar bişirdikləri yeməkdən birbaşa pul qazana bilirlər.
- Bu funkisiya maraqlıdır- adam sevdiyi və ya onsuz da görməli olduqları işi görür, həm də pul qazanır. Bəs nə qədər pul qazanmaq mümkündür?
- İstifadəçilər tətbiqdən gündəlik minimum 17 manat, maksimum 170 manat pul çıxara bilərlər. Bu aylıq olaraq 5100 manat deməkdir. Tətbiqdə jetonlar satılır minumum 10 jeton almaq olur ki, bunun da qiyməti 50 qəpik ətrafındadır. Hədiyyə göndərmək forması “TikTok” platformasına oxşayır. Fərq odur ki, “TikTok”da hədiyyə almaqdan ötrü canlı yayım açmaq, simanı göstərmək tələb olunur. «Bişir» tətbiqində belə deyil - paylaşımın altında hədiyyə düyməsini sıxaraq hədiyyə göndərmək olur. İştirakçının yeni başlamasından, birinci paylaşımı olub-olmamasından, izləyici sayından asılı olmayaraq hədiyyələr göndərmək olur.
Bu tətbidə süni intellektdən istifadə olunur ki, qidadan başqa paylaşımlar olmasın. Başqa kontent qəbul olunmur, belə cəhd olanda paylaşım avtomatik silinir. Bundan başqa, «Şikayət» düyməsi də qoyulub ki, özümüz də mexanizmə nəzarət edirik.
- Bu startapın hədəfi nədir – nə qədər böyümək, hara genişlənmək fikrindəsiz?
- Təbii ki, müəyyən hədəfimiz var və bunun üzərindən irəliləyirik, amma hədəflərlə bağlı məsələ bir az kommersiya sirridir. Amma Azərbaycanda yetəri qədər – hədəf olaraq qoyduğumuzdan daha çox kütlə toplanıb, hazırda tətbiqimizdən 40 minə yaxın şəxs istifadə edir. Dördüncü ayında 5 ölkəyə açılmaq kimi bir göstəricisi olan startap Azərbaycanda yoxdur. Artıq yanvar ayında dördüncü ayımız tamam olacaq ki, 5 ölkədə fəaliyyət başlayırıq.
- Azərbaycandan başqa hansı ölkələrdə varsınız? Çünki Azərbaycan bazarı kiçikdir, əhali sayı da azdır. Böyük bazarlardan hansına fokuslanmağı düşünürsüz?
- Azərbaycan bazarı bizim üçün birinci sıradadır. Amma tək kökləndiyimiz bazar bura deyil, qlobala köklənmişik. Bu dəqiqə Türkiyə, Qazaxıstan, Özbəkistan və Gürcüstan bazarlarına köklənmişik. Hətta bizə Rusiyadan istifadəçilər yazır ki, burada nə zaman fəaliyyətə başlayacaqsınız? Bizim oradan olan istifadəçilərimiz onların da qoşulmaq istədiklərini bildirirlər. Hədəf bazarlarımız bu dəqiqə üçün bu olsa da, sonrakı mərhələdə digər bazarlara çıxamağı planlayırıq.
- Bəs dünyada bu layihənin oxşarı, alternativi varmı?
- Dünyada bu platformaya alternativ sosial şəbəkələr var, amma bunun kimi yalnız qida ilə bağlı olan bir platformada olması, qazanma metodunun bu qədər sadə olması və filtirlərin olması kimi formatda yoxdur. Biz artıq xarici ölkələrə çıxırıq. Məsələn, Gürcüstanda yaşayan bir şəxs də girib, Azərbaycan mətbəxini axtarış edib, Azərbaycanda yemək bişirən, paylaşan hər kəsi görə bilər. Yəni belə fuksionallıqla olan tətbiq dünyada yoxdur.
- Dediniz ki, Gürcüstanda olanlar da bu tətbiqdən yararlana biləcək. Bununla yanaşı hansı ölkələrdə fəaliyyətiniz genişləndirməyi düşünürsünüz?
- Yanvar ayından Türkiyə, Qazaxıstan, Özbəkistan və Gürcüstan bazarlarına çıxış üçün hazırlaşırıq və bu istiqamətdə işlər aparılır. Rusiyada da fəaliyyətə göstərməyə başlamağı planlayırıq. Burada bir az ödəniş məsələləri var. İstifadəçilərin ödənişi çıxarması üçün razılaşdırılmalı olan nüanslar var. Zamanla hüquqi tərəfdən detallar veriləcək və buna uyğun davaranacağıq.
Amma Azərbaycan bizim üçün mənəvidir. Statapın adı belə “Bişir”dir. Hətta mənə deyənlər olur ki, niyə bu adı seçmisən, niyə xarici ad qoymamısan? Mənim üçün burada əsas mənəvi duyğu idi ki, niyə digər ölkələrdən qlobal səviyyədə startaplar çıxır, amma bizdən startap yoxdur? Azərbaycanın adını dünyada tanıtmaq hədəfi ilə “Bişir” adının üzərində durdum və bu adla unikorn (milyardlıq startap – FED.az) olmaq, dünyada qida sektoruna yön verən sosial şəbəkələrdən biri olmaq hədəfimizdir.
- Nərmin xanım, startapın uzunmüddətli olması və daha da genişlənməsi üçün əsas nüanslardan biri də gəlir məsələsidir. Bəs bu startapın gəlir mənbəyi nədir, pulu necə qazanır?
- Sosial medialar pulu rekalamdan qazanırlar. Fərqli variantlar var “Instagram” reklamdan gəlir əldə edir, “TikTok” jeton satışından və bu satışın komissiyasından gəlir qazanır. Biz də həm reklam, həm də jeton satışının komissiyasından qazanırıq. Bu dəqiqə hədəfimiz yüksək qazanc deyil, əsas məqsədimiz startapı inkişaf etdirməkdir. Bununla yanaşı, başqa gəlir modellərimiz var ki, xüsusi olaraq yalnız bizdə olacaq. Dünyada olmayan bir gəlir modeli olacaq. Bunlar da yavaş-yavaş, startap böyüdükcə tətbiqə əlavə olunacaq və işə düşəcək.
- İndiyə qədər nə qədər “Bişir”ə investisiya yatırlıb?
- Yatırımcımız var, İT sektorunda və fərdi olaraq investor yatırımımız var ki, bugünkü gündə həmin yatırımı xərcləyirik. «Bişir» startapının 3 böyük ortağı var. İT üzrə Azərbaycanın startap cameəsində yetəri qədər tanınan bir şəxsdir, marketinq və investisiya üzrə də güclü şirkətlərlə ortaqlıq edirik.
- Ümumiyyətlə, bundan sonra da kənardan vəsait cəlb etmək barədə planlar varmı?
- Biz hazırda investisiyalara hazırlaşırıq. Təbii ki, startap böyüyür, xaricə çıxamağa hazırlaşırıq, bunun üçün də müəyyən məbləğdə investisiya lazımdır. Startapın marketinqi üçün, İT komandasının böyüməsi üçün, ümumiyyətlə, hərtərəfli investisiyalar lazımdır. Bugünkü gün güclü bir şəkildə investisiyalar üzərində hazırlıq gedir, biznes planı və s. Detallar üzərində işlənilir. Yanvar ayından artıq inestorlarla görüş planlayırıq. Bir müddət böyüyəndən sonra hətta “Instagram”, “TikTok” kimi böyük platformalardan da təklif gözləyirik.
- Sizin gözlədiyiniz investisiya nə qədərdir? İnvesiyanı hansı formada cəlb etməyi düşünürsüz? İnvestorlara startapdan pay verməyi, yoxsa investisiyanı cəlb edib sonra geri qaytarmaqmı?
- Biz növbəti məhələdə investisiya üçün ortalama 6 ölkənin və yay aylarından da Dubay Ərəb Əmirliklərində bu yöndə inkişafı üçün bir il müddətinə ortalama olaraq 500 min dollar invesitiya cəlb etməyi düşünürük. Hazırda bu istiqamətdə danışıqlar gedir və bunun qarşılığında qoşulacaq investora şirkətdən pay veriləcək.
- Bəzi hallarda startaplar investisiyalara minimal limit qoyurlar. Məsələn, investisiya etmək istəyənlər minimum 10 min dollar edə bilər. Sizdə belə bir limit var, yoxsa, bir neçə böyük investor cəlb etmək istəyirsiniz?
- Bunun üzərində də hazırda danışıqlar gedir. Biz öz layihəmizə sadə yatırımçıdan daha çox strateji tərəfdaş cəlb olunmasını istəyirik. Yəni sadəcə investisiya olunmasını deyil, gücümüzə güc qatmasının tərəfdarıyıq. Bu mərhələdə çox xaotik bir vəziyyət də yaratmaq istəmirik. Yəni hər iki variant üzərində düşünmək olar, həm böyük investorlarla işləmək, həm də minimum məbləğ müəyyən etmək olar. Amma investorrun strateji qərarlar verməyimizə, daha güclənməyimizə qatdığı dəyər çox vacibdir. Hazırda 4 ortağın hamısı öz sahəsində güclü şəxslərdir. Beşinci bir şəxslə tətbiqi daha da gücləndirmək istəyirik. Gücümüzə güc qata biləcəyimiz starteji tərəfdaş axtarırır. Yalnız maddiyat olaraq baxmırıq, hər ikisinin balanslaşmış formasını istəyirik.









