Bu il Azərbaycanda startaplarla bağlı "Pitchbook" databazasına girişin əldə edilməsi nəzərdə tutulub.
Rəşad Nəbiyev startap nümayəndələri ilə dəstək mexanizmlərini müzakirə edib
FED.az xəbər verir ki, ölkənin innovasiya ekosistemində bütün növ vençur sövdələşmələrinin müvafiq databaza ilə əlaqələndirilməsi üzrə işlər görüləcək.
Qeyd edək ki, "PitchBook" dünyada vençur kapitalı, startap investisiyaları, fondlar, investorlar və sövdələşmələr barədə ən geniş istifadə olunan məlumat platformalarından biridir. Platformada startapların nə qədər investisiya aldığı, hansı fond və ya investor tərəfindən maliyyələşdirildiyi, müxtəlif ölkələrdə neçə investisiya sövdələşməsinin baş verdiyi kimi məlumatlar toplanır və izlənilir. (Apa)













