VMF
İT menecer
Son tarix 15 iyl 2026 - [email protected]
İş şəraiti
- İş yeri: Bakı şəhəri, “VMF” Şirkəti Nəriman Nərimanov prospekti 5b
- İş rejimi: 6 günlük iş qrafiki
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunacaq
Vəifə öhdəlikləri:
- İT infrastrukturunun dayanıqlı fəaliyyətini təmin etmək
- Texniki problemlərin effektiv həlli və qarşısının alınması
- İT təhlükəsizliyinin təmin olunması və nəzarət
- İstifadəçilərdən daxil olan İT müraciətlərini (telefon, e-mail, sistem) qəbul etmək
- Kompüter, printer, skaner və digər ofis avadanlıqlarında yaranan problemləri aradan qaldırmaq
- Proqram təminatlarının (Windows, Office, e-poçt və s.) quraşdırılması və sazlanması
- İstifadəçi hesablarının açılması, bağlanması və səlahiyyətlərin verilməsi
- Şəbəkə, internet və daxili sistemlərlə bağlı ilkin problemlərin həlli
- Antivirus proqramlarının yenilənməsi və təhlükəsizlik qaydalarına nəzarət
- İT avadanlıqlarının inventar uçotunun aparılması
- Müşahidə kameralarında yaranan texniki problemlərin ilkin diaqnostikası və aradan qaldırılması
- Kamera sistemlərinin işlək vəziyyətdə saxlanmasına nəzarət
- Barmaq izi (fingerprint) sistemləri və proqramları ilə bağlı problemlərin həlli
- İstifadəçilərin əlavə edilməsi və silinməsi
- Sinxronizasiya və proqram nasazlıqlarının aradan qaldırılması
- Giriş-çıxış nəzarət sistemlərinin düzgün işləməsinə nəzarət
Namizədə tələblər:
- İT sahəsində minimum 2 il iş təcrübəsi mütləqdir
- Ali təhsil (İT və ya əlaqəli sahə üzrə)
- Azərbaycan və rus dillərini yüksək səviyyədə bilməli
- İngilis dili arzuolunandır
- Komanda idarəetmə bacarığı, analitik düşüncə və qərarvermə qabiliyyəti
- Müasir İT sistemləri və təhlükəsizlik standartları üzrə biliklər
Uyğun Namizədlər öz cvlərini “İT Menecer” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsin.















