Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi və startaplar üçün daha rəqabətqabiliyyətli vergi şəraiti yaradılacaq.
Azərbaycanda startapların maliyyələşməsi ilə bağlı qanun layihəsi hazırlanıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda təşkil olunan "Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar" Forumunda çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, ölkədə rəqabətqabiliyyətli və innovasiyayönümlü biznes mühitinin formalaşdırılması istiqamətində İKT sektoru, startaplar, həmçinin yüksəkixtisaslı kadrlar üçün daha elastik vergi siyasətinin həyata keçirilməsi planlaşdırılır.
"Bu sahədə süni intellekt texnologiyalarının istifadəsinə istiqamətlənmiş vergi stimullarının artırılması əsas prioritetlərdən biri kimi müəyyən edilib. Həyata keçirilən tədbirlər Azərbaycanın yüksək texnologiyalara söykənən iqtisadi modelə transformasiyasını təmin etməyə yönəlib. Bu kontekstdə ölkədə artıq superkompüter mərkəzi fəaliyyətə başlayıb, rəqəmsallaşma sahəsində əhəmiyyətli layihələr icra edilir və insan kapitalının bilik və bacarıq potensialının gücləndirilməsi istiqamətində işlər davam etdirilir". (Report)











