Medianın İnkişafı Agentliyi və Audiovizual Şura ləğv edilir.
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq - VƏZİFƏLƏRİ - SİYAHI
FED.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Media haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, Azərbaycanda media və yayım sahəsində səlahiyyətli dövlət orqanı Media və Yayım Şurası olacaq.
Şuranın saxlanma xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycanın dövlət büdcəsi və qanunda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdiriləcək.













