Bu ilin birinci rübündə tədiyə balansının əsas komponenti olan cari əməliyyatlar balansında 1,7 milyard dollar profisit formalaşıb.
AMB: "Birinci rübdə cari əməliyyatlar balansında 1,7 milyard dollar profisit olub"
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının statistika departamentinin direktoru Samir Nəsirov 2026-cı ilin birinci rübünün yekunlarına dair tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.
Onun sözlərinə görə, kapital və maliyyənin hərəkəti balansında 2 milyard dollarlıq öhdəlik azalıb, aktivlər 200 milyon dollar artıb:
"Xalis səhvlər və buraxılışlar maddəsində cəmi 190 milyonluq məbləğ formalaşdı. Nəticədə reallaşmış ehtiyat aktivləri 323 milyon dollar azaldı".













