Bu ilin birinci rübündə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyaların həcmi 1 milyard 110 milyon dollar olub.
Azərbaycanın sənaye zonalarına investisiya qoyuluşu 5 dəfədən çox artıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının statistika departamentinin direktoru Samir Nəsirov 2026-cı ilin birinci rübünün yekunlarına dair tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.
Onun sözlərinə görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 795 milyon dollar və ya 3,5 dəfə çoxdur.
"Azərbaycana yatırılan xarici investisiyalar isə 201 milyon dollar (13,2%) artaraq 1 milyard 720 milyon dollara çatıb, - deyə o, əlavə edib.













