2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisit formalaşmış, kapital və maliyyənin hərəkəti balansı üzrə xalis xarici maliyyə aktivləri 0.2 mlrd. dollar artmış, xalis xarici maliyyə öhdəlikləri isə 2.0 mlrd. dollar azalmışdır.
Azərbaycan xaricə yatırımları 3,5 dəfə artırıb - Xaricdən ölkəyə investisiya daha zəif artıb
FED.az xəbər verir ki, bu 2026-cı ilin 1-ci rübü üzrə Tədiyə balansında bildirilir.
Qeyd edilib ki, hesabat dövründə cari əməliyyatlar balansının profisitinin ÜDM-ə nisbəti 9.5% təşkil etmişdir ki, bu da makroiqtisadi sabitlik baxımından müsbət haldır. Dövr ərzində ölkənin ehtiyat aktivlərinin reallaşmış hissəsi təqribən 0.3 mlrd. dollar (322.9 milyon dollar) azalmışdır. Lakin, ölkənin strateji valyuta aktivləri dövrün sonuna 117.4 mln. dollar artaraq 85.2 mlrd. dollar-a çatmışdır ki, bu da ölkənin makroiqtisadi dayanıqlığının daha da gücləndiyini və maliyyə resurslarının genişləndiyini göstərir. Bu dövrdə xam neftin orta qiyməti 79.5 dollar/barel olmuşdur.
CARİ ƏMƏLİYYATLAR BALANSI (CƏB)
2026-cı ilin I rübü il üzrə cari əməliyyatlar hesabının profisiti 1.7 mlrd. dollar və ya ÜDM-in 9.5%-ni təşkil etmişdir (2025-ci ilin I rübü üzrə 1.1 mlrd. dollar profisit olmuşdur). Neft-qaz sektoru üzrə CƏB-in profisiti ötən ilin müvafiq dövrünə nəzərən (ö.i.m.d.n.) 6.6% artaraq 4.1 mlrd. dollar, qeyri-neft-qaz sektoru üzrə CƏB-in kəsiri isə 9.7% azalaraq 2.4 mlrd. dollar məbləğində olmuşdur.
Xarici ticarət balansı
2026-cı ilin I rübü üzrə xarici ticarət dövriyyəsi 9.9 mlrd. dollar təşkil etmiş, neft-qaz sektoru üzrə 4.7 mlrd. dollar həcmində profisit qeyri-neft-qaz sektoru üzrə 2.7 mlrd. dollar həcmində kəsiri bağlamışdır. Nəticədə hesabat dövründə xarici ticarət balansında 2.0 mlrd. dollar həcmində profisit yaranmışdır. 2026-cı ilin I rübü üzrə Azərbaycanın dünyanın 157 ölkəsi ilə ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 11.8%-i MDB üzvü olan ölkələrin, 88.2%-i isə digər xarici ölkələrin payına düşür.
Daha ətraflı buradan tanış ola bilərsiniz.













