Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında “Bakı Telefon Rabitəsi” MMC-nn tabeliyindəki telefon qovşaqlarının ləğv olunması ilə əlaqədar paytaxtdakı avtomat telefon stansiyalarında (ATS) ixtisarlar həyata keçirilir.
FED.az xəbər verir ki, işçilərin təxminən yarısı aylıq əmək haqqının 2 misli qədər təzminat ödəmək şərti ilə vəzifəsindən kənarlaşdırılır.
Onlara hər telefon qovşağından 100 nəfərin işdə saxlanılacağı bildirilir.
NRYTN hələ ki, fakta münasibət bildirməyib.