Yello Advertising
Vakansiya: Kopirayter
İş qrafiki: 09:00-18:00/bazar ertəsi-cümə
İş barədə ümumi məlumat:
- Reklam üçün video və audio çarxların yazılışı;
- Kreativ düşünmə və marka konseptinə uyğun mətn hazırlamaq, inkişaf etdirmək və məzmunun davamlılığını təmin etmək;
- Reklam üçün yaradıcı mətnlərin və məhsullara dair sloqan, adların hazırlanması;
- Müştəri tərəfindən verilmiş mətnlərin redaktəsi, korrektəsi və yenilənməsi;
- Reklamın informasiya dolğunluğunu təmin edilməsi;
- Görülən işlərin (sloqanların, adların, ssenarilərin, mətnlərin və konseptlərin) müştəriyə təqdimatının təşkil edilməsi;
- Görülmüş işlər haqqında hesabatın tərtib edilməsi.
Namizədə tələblər:
- Azərbaycan dilini mükəmməl bilməli, ingilis dili yüksək səviyyədə, rus dili ən az orta səviyyə;
- MS Excel və MS Word proqramları ilə işləmək bacarığı;
- Təşəbbüskarlıq və kreativlik keyfiyyətləri;
- Ünsiyyətcil, komandada hər kəslə dil tapa bilən;
- Təqdimat və təhlil etmək bacarığı;
- İşdə dəqiqlik və hər xırda detalı gözdən qaçırmayan.
Əmək haqqı: Razılıq əsasında
Özündə kreativ ruhu görən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (CV - Kopirayter) göstərməyiniz xahiş olunur.