“Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsi blankının ciddi hesabat sənədi kimi uçotu Qaydaları”nın və Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2014-cü il 7 fevral tarixli 39 nömrəli Qərarında dəyişikliklər edilib.
FED.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Eləcə də bax: İşdəki xarici müdirlər
Qərara görə, “Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin təsviri”nin 2.1-ci bəndində “ACTIVITY IN THE TERRITORY” sözləri “ACTIVITY WITHIN THE TERRITORY” sözləri ilə əvəz edilib. “Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin nümunəsi”ndə də “ACTIVITY IN THE TERRITORY” sözləri “ACTIVITY WITHIN THE TERRITORY” sözləri ilə əvəz edilib.