Rusiya hökuməti 2020-ci il üçün iqtisadiyyatın müxtəlif sahələrində xarici vətəndaşların işlə təmin edilməsi üzrə icazə verilən kvotanı təsdiqləyib.
FED.az xəbər verir ki, müvafiq qərar Rusiya Nazirlər Kabinetinin saytında dərc olunub.
Eləcə də bax: Rusiyada vətəndaşlıq alınması qaydalarında DƏYİŞİKLİK OLACAQ
Qərara əsasən, quruda sərnişin nəqliyyatı və avtomobil yükdaşıma nəqliyyatı sahələrində miqrantların icazə verilən payı 26%, idman sahəsində isə 25% olmalıdır.
Tərəvəz yetişdirmə sahəsində Rusiyanın bütün bölgələri üzrə miqrantların payı 50%-dən çox olmamalıdır.
Bundan əlavə, hökumət tikinti sənayesində miqrantların məqbul payını işçilərin ümumi sayının 80%-i səviyyəsində saxlayıb.
Ancaq bu norma Buryatiya, Amur vilayəti və Moskva ərazisində tətbiq edilməyəcək, Dağıstan ərazisində isə 50% təşkil edəcək.
Report