Rusiya vətəndaşlığı alınması qaydalarına dəyişiklik oluna bilər.
FED.az "AZƏRTAC"-a istinadən xəbər verir ki, Rusiya vətəndaşlığını almaq istəyən əcnəbilər əvvəlki vətəndaşlıqlarını da saxlaya bilərlər.
Bu təklif Rusiya İqtisadi İnkişaf Nazirliyinin 2020-2022-ci illər üçün federal dövlət büdcəsinə əlavə etdiyi sənədlərdə əksini tapıb. Nazirliyin məlumatına görə, gələcəkdə Rusiya ikinci vətəndaşlıqdan imtina tələbini ləğv edə bilər.
Bundan əlavə, Rusiya ali məktəblərində, eləcə də MDB və Baltikyanı dövlətlərin aparıcı universitetlərində təhsil almış əcnəbilərin ölkədə müvəqqəti qalmaq və yaşamaq, vətəndaşlıq almaq qaydaları asanlaşdırılacaq.