Pensiya yaşı ilə bağlı olduqca ehtiyatlı davranmaq lazımdır.
Eləcə də bax: Rüblük verilən 200 manat maddi yardım aylara bölünərək pensiyaya - ƏLAVƏ OLUNACAQ
FED.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, pensiya yaşının azaldılması böyük problemlər yarada bilər.
“Bizdə ömür uzunluğu dinamikası müsbətdir, amma digər tərəfdən pensiya fondunun maliyyə vəziyyəti yaxşıdır. Biz də maraqlıyıq ki, insanlar pensiyaya çıxanda yaxşı pensiya alsın. Təklif edirəm ki, bu məsələ ilə bağlı seminar təşkil edək. Deputatlarla bu məsələni müzakirə edək. Bu ciddi məsələdir”, - deyə nazir bildirib. (Trend)