Rusiya prezidenti Vladimir Putin Novosibirskdə Elm və Təhsil Şurasının iclasında çıxışı zamanı hələ də smartfonu olmadığını açıqlayıb.
FED.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rusiya lideri Kurçatovks institutun prezidenti, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Mixayil Kovalçuka müraciət edən zaman bunu etiraf edib. Alim öz məruzəsində müasir smartfonda təkcə bir səsli ismarıcın göndərilməsinə sərf olunan enerjinin suyun qaynadılmasına tələb olunan enerjiyə yaxın olduğu faktını iclasda iştirak edənlərin diqqətinə çatdırıb.
“Mixayil Valentinoviç, siz dediniz kimi, hamının smartfonu var. Ancaq mənim smartfonum yoxdur, sizin də smartfonunuz yoxdur, görürüsüz. Amma deyirsiz ki, hamıda var”, – deyə Putin bildirib.
Ötən ilin noyabr ayında Vyetnamda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti zamanı Vladimir Putinin əlində olan “iPhone” jurnalistlərin diqqətindən yayınmamışdı.
Sonradan həmin smartfonun Rusiya iqtisadi inkişaf naziri Maksim Oreşkinə məxsus olduğu məlum olmuşdu. “Vesti Nedeli s Dmitriyem Kiselyovım” proqramının müəllifləri Putinin nazirin telefonunda “iqtisadi mövzu” ilə maraqlandığını iddia edirdi.