Hərbi məhkəmələrin səlahiyyətləri artırılıb. APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla qüvvəyə minən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.
İndiyə qədər hərbi məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş cinayət işlərinə baxıb.
Dəyişikliyə əsasən, bundan sonra hərbi məhkəmələr inzibati xətalar haqqında işlərə də baxacaq.