Avropa Olimpiya Komitəsinin rəhbəri Patrik Hikki Rio de Janeyroda həbs edilib. O, məskunlaşdığı oteldə saxlanılıb. 71 yaşlı Patrik Hikki, qanunsuz bilet satışında iştirakda ittiham edilir.
Polisin verdiyi məlumata görə, qanun keşikçiləri onu həbs etməyə çalışan zaman Hikki qaçmağa cəhd edib. Həbsdən sonra özünü pis hiss etdiyinə görə ona təcili tibbi yardım göstərilib.
Hikkinin həbsinə əlində 800 biletlə saxlanılan alverçinin ifadələri səbəb olub.
Bilet satışı ilə bağlı araşdırmalar aparan Braziliya polisi artıq 40-a yaxın adamı saxlayıb. Onlardan biri Böyük Britaniyanın THG şirkətinin prezidenti, irlandiyalı Ceyms Merlondu. Onun beynəlxalq cinayətkar qruplarla bağlılıqda, böyük yarışlar zamanı bilet alverindəki fəaliyyətdə şübhəli hesab olunur.
Qeyd edək ki, Patrik Hikki həm də İrlandiya Olimpiya Komitəsinə rəhbərlik edir.