Azərbaycanda bələdiyyələr öz ərazilərindəki yollarda təşkil edilən parklanma yerlərindən vəsait toplayacaq.
FED.az xəbər verir ki, bununla bağlı Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla qüvvəyə minən “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda parklanma yerlərindən vəsait toplanması əksini tapıb.
Qanuna edilən dəyişikliyə əsasən, bələdiyyə yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait büdcənin gəlirləri sırasına daxil edilib.