“Niyə qeyri-müntəzəm qidalanmaq sizin sağlamlığınız üçün təhlükəlidir?” - sualına cavab axtarırsınızsa, o zaman bu məqalə sizin üçün faydalı ola bilər.
Nə vaxtsa işdə məşğul olduğunuza görə şam yeməyini təxirə salmısınız? Ya da yatıb qaldığınıza görə səhər yeməyini yeməmisiniz?
Qidanın qeyri-müntəzəm qəbulunun mövcudluğu nə qədər kalori istifadə etməyinizdən asılı olmayaraq sizdə piylənməni, yüksək qan təzyiqini və 2 növ diabeti inkişaf etdirə bilər.
Arıqlamaq üçün səhər yeməyinin 3 qaydasını sizə təqdim edirik:

- Birdən yeyin
Tədqiqatlar göstərir ki, oyandıqdan sonra 30-60 dəqiqə ərzində yemək yesəniz, o zaman səhər yeməyi sizin metabolizminizi sürətləndirə bilər və bununla da piyləri yandırmanın bütün potensialından istifadə etmiş olacaqsınız. İlk qida qəbulu zəmanət verir ki, siz həmin gün özünüzü ac hiss etməyəsiniz.
- Çoxlu zülal tərkibli məhsullar yeyin
Tərkibində çoxlu zülal olan səhər yeməyi, məsələn: yumurta və yunan yoqurtu, aclıq spazmlarını əks etdirərək az yemək yeməyinizə kömək edəcək və nəticədə siz arıqlayacaqsınız. Tədqiqatlar göstərir ki, səhər yeməyində yumurta yeyən qadınlar roqalik yeyən qadınlara nisbətən iki dəfə çox kilo itirirlər. Yumurtalardakı zülal doyma hissini artırır və bu da gün ərzində sizin daha az kalorili məhsullar yeməyinizə kömək etmiş olur. Zülallarla zəngin qida məhsulları gün boyunca özünüzü gümrah hiss etmənizə kömək edəcək, çünki onlar başqa səhər yeməklərinə nisbətən daha yavaş həzm olunur.
- Rasionunuza banan əlavə edin
Resistant Starch-la (RS) səhər yeməyi tox qalmağınıza və daha çox kalori yandırmağınıza kömək edəcək. Çünki bu zaman bədəniniz enerji üçün piydən istifadə edir. Banan və yulaf tərkibli məhsulların tərkibində RS olduğu üçün səhər yeməyinə banan-qoz tərkibli yulaf yarmasını yeyə bilərsiniz.
Beynəlxalq qida strukturlarının tədqiqatlarından biri axşam yeməyi zamanı piylənmə və yüksək kalorili qida arasında mümkün əlaqəni aşkar etmişdir. Başqa bir tədqiqatın nəticələrinə görə, gündə üç-doqquz dəfə dəyişən tezliklə qidalanan insanlarla müqayisədə gündə ardıcıl olaraq altı dəfə yemək yeyən insanlarda xolesterin və insulin səviyyəsinin ən yaxşı göstəriciləri müşahidə edilmişdir.
"Biz aşkar etdik ki, ümumilikdə böyük miqdarda kalorinin istifadə edilməsinə baxmayaraq qeyri-müntəzəm qidalanan insanlarla müqayisədə müntəzəm yemək zamanı kalori sərf edən böyüklər piylənmədən daha az əziyyət çəkirdilər” - deyə fəlsəfə elmləri doktoru, hər iki iş üzərində çalışan London Kral Kollecinin Qida Elmi Bölməsinin mühazirəçisi Gerda Pot bildirmişdi.
Qida qəbulu vaxtı üzrə seçimin sizin sağlamlığınıza güclü təsir etməyəcəyini düşünürsünüzsə, yanılırsınız, çünki tədqiqatçılar metabolizm və sirkad ritmləri arasındakı əlaqəni aşkar etmiş və bu sahəni “chrononutrition” adlandırmışlar.
Bədəndə iştaha, həzm və piy metabolizmi, xolesterin və qlükoza kimi çoxlu sayda metabolik proseslər hər 24 saatdan bir təkrarlanır. Bunu professor Pot demişdir. “Ardıcıl olmayan qidalanma bizim daxili bioloji saatlarımıza toxuna bilər və pozulma halı çəki artımına və sağlamlıq üçün digər bir riskə gətirib çıxara bilər” - deyə Pot vurğulamışdır.
Beləliklə, imkanınız varsa, hər gün eyni vaxtda qidalanmağa çalışın. Belə imkanınız yoxdursa, o zaman sağlam qalmaq üçün digər çoxsaylı üsullardan istifadə edin.
Mənbə http://www.health.com